06 January 2023

İki şahid dindirib, ikisi də polis əməkdaşı olub, bu isə işin hərtərəfli araşdırılması və ədalətli qərar verilməsi üçün kifayət etmir

Yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının daha bir üzvü Mahir Əzimovun məhkəməsi davam edib. Məhkəmə iclasına hakim Cavid Hüseynov sədrlik edir.

AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

AFFA İntizam Komitəsi “Qarabağ” və “Neftçi”nin Gənclər Liqasında çıxış edən komandalarının futbolçularını cəzalandırıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, Ağdam klubunun oyunçusu Emil Binyətzadə “Sabah”la görüşdə qeyri-idman hərəkətinə görə qırmızı vərəqə aldığı üçün 1 matçlıq diskvalifikasiya olunub.

Prokuror keçmiş siyasi mühacirin 7,5 il müddətinə həbs edilməsini təklif edib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Cəfər Mirzəyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi yanvarın 13-də davam edəcək.

"Həşdi-Şabi" lideri İraqın müdafiə naziri ilə görüşüb

"Həşdi Şabi" lideri Falih əl-Fəyyad İraqın müdafiə naziri Sabit Məhəmməd Səid əl-Abbasi ilə görüşüb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, "Həşdi-Şabi" lideri Falih əl-Fəyyad dünən İraqın müdafiə naziri Sabit Məhəmməd Səid əl-Abbasi ilə görüşüb.

İraq mediasının məlumatına görə, Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib:

İran Mərkəzi Bankına edilən geniş kiberhücumun qarşısını aldığını bildirib

İranın aidiyyatı qurumları ölkənin Mərkəzi Bankına ötən gecə edilən kiberhücumun qarşısını aldığını bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın İnternet İnfrastrukturu Rabitə Şirkətinin baş direktoru Əmir Məhəmmədzadə Lacəvərdi sosial şəbəkələrdəki hesabında yazıb.

Yəməndə Səudiyyə Ərəbistanın ölkəni mühasirədə saxlaması ilə bağlı izdihamlı mitinqlər keçirilir

Yəmənin bir sıra şəhərlərində “Mühasirə müharbədir” adı altında mitinqlər keçirilir.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Yəmənin Səda əyalətinin bir sıra bölgələri ölkənin 15 əyalətini mühasirədə saxlayan Səudiyyə Ərəbistanı koalisiyasına qarşı izdihamlı mitinq və yürüşlərin şahidi olub.

Suriyadan gətirilmiş 3 qadın və 13 uşaq qohumlarına təhvil verilib

Operativtv.com APA-ya istinadən xəbər verir ki, ötən ilin son aylarında Suriyadan repatriasiya olunaraq ölkəmizə qaytarılan daha 16 vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsində bir müddət sosial reabilitasiya xidməti ilə təmin edilərək qohumlarına təhvil veriliblər.

Nazirlikdən verilən xəbərə görə, onlardan 3-ü qadın, 13-ü uşaqdır.

Əliəkbər Vilayəti Şeyx Nəim Qasim ilə görüşüb

İran İslam İnqilabının Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti Livan Hizbullah Hərəkatının baş katibinin müavini Şeyx Naim Qasim gündəmi müzakir əediblər

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İran İslam İnqilabının Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti Livan Hizbullah Hərəkatının baş katibinin müavini Şeyx Naim Qasim ilə görüşdə regional və beynəlxalq məsələləri müzakirə edib.

Türkiyədə gömrük müdirinin qadın işçisi ilə intim görüntüləri yayıldı

Mersin Gömrük İdarəsinin Qaçaqmalçılıq və Kəşfiyyat Şöbəsinin müdiri Cihan Çelikin qadın məmurla nalayiq fotoları yayılıb. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, sosial mediada böyük əks-səda doğuran fotolarla bağlı şöbə müdiri açıqlama verib. 

"Bu qadın mənim dini nikahlı həyat yoldaşımdır. Birinci həyat yoldaşımla boşanma mərhələsindəyəm. Həyat yoldaşım, uşaqlarım, qurumda çalışanlarım və demək olar ki, hər kəsin  bundan xəbəri var”.

"Çelsi" "Mançester Siti"yə uduzdu

İngiltərə Premyer Liqasının XIX turu üzrə "Çelsi" "Mançester Siti"ni  qəbul edib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, "şəhərlilər" "zadəganlar" üzərində 1:0 hesablı qələbəyə sevinib. "Siti"nin qələbə qolunu Riyad Mahrez vurub.

"Çelsi"- "Mançester Siti" - 0:1
Qol: Mahrez, 63

Qeyd edək ki, turnir cədvəlinə 44 xalla "Arsenal" başçılıq edir. "Mançester Siti" 39 xalla 2-ci, "Nyukasl" 35 xalla 3-cüdür.

Şahzadə Harri Əfqanıstanda 25 nəfəri öldürülməsi haqqında yazdı

Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Sasseks hersoqu şahzadə Harri yanvarın 10-da dərc olunacaq xatirələrində Əfqanıstanda xidməti vəzifəsini yerinə yetirərkən 25 nəfəri qətlə yetirdiyini və bundan utanmadığını bildirib. “The Telegraph” qəzetinin məlumatına görə, Şahzadə Harri 10 yanvarda rəflərdə olacaq “Ehtiyat” adlı xatirə kitabında 2007-2008 və 2012-2013-cü illər arasında xidmət etdiyi Əfqanıstanda 25 nəfəri öldürdüyünü yazıb.

BMT TŞ israilli nazirin əl-Əqsa məscidinə girməsi haqda toplantı keçirib

BMT Təhlükəsizlik Şurası ötən gün İsrailin daxili təhlükəsizlik naziri İtamar ben Qvirin əl-Əqsa məscidinə girməsi haqda fövqəladə iclas keçirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Nyu-Yorkda İsrailin Qüdsdə status-kvonu pozmasını müzakirə edən BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyasının işi başlayıb.

Rusiyanın atəşkəs təklifinə Ukrayna mənfi cavab verdi

Rusiyanın yeni il günləri üçün Ukraynaya etdiyi atəşkəs təklifini rəsmi Ukrayna rədd edib. Ukrayna Prezidenti Vladimir Zelenski Milad bayramı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin atəşkəs elan etməsi təklifini Rusiyanın atəşkəsdən istifadə edərək təmas xəttində mövqeyini möhkəmləndirmək kimi dəyərləndirib. O, özünün “Telegram” kanalında məsələ ilə bağlı fikirlərinin davamında “Rusiya Ukraynaya və Avropaya qarşı yeni təcavüz dalğasına hazırlığını gizlədə bilməyəcək”, - deyə məlumat yayıb.