İranda etirazların əsas liderlərindən biri barəsində ölüm hökmü çıxarılıb

İranın Mazandaran vilayət məhkəməsi ölkədəki etirazların əsas liderlərindən olan Arşiya Takdastanı barəsində ölüm hökmü çıxarılıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə vilayətin Ədliyyə Nazirliyinin Baş İdarəsi açıqlama yayıb.

Bundan əvvəl, İran məhkəmələri ölkənin müxtəlif vilayətlərində azı 6 nəfərin edam hökmünü təsdiqləyib.