08 November 2022

Con Bolton: İranlı dissidentlər KRG-də silahlanıblar

Operativtv.com İRNA-ya istinadən xəbər verir ki, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton İrandakı son xaos hadisələrinə işarə edərək, xaosçuların silahlı olduğunu etiraf edib və bildirib ki, bu insanlar İraq Kürd Regional Qrup Rəhbərliyi  (KRG) vasitəsi ilə silah əldə ediblər. İrana qarşı müdaxiləçi və sərt mövqeyi ilə tanınan Bolton BBC-yə müsahibəsində deyib: “İranlı müxaliflər İrana hərbi bazalardan və KRG-nin bəzi nöqtələrindən daxil olan silahlarla silahlanıb və bu, onların artıq silahsız olmadığını göstərir”.

Roma Papası Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə hazırdır

“Vatikan Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə, öz ərazisini digər tərəflərin, xüsusən ABŞ və Avropa İttifaqının da iştirak edə biləcəyi sülh danışıqları üçün neytral yer kimi təklif etməyə hazırdır”.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk Fransa Prezidenti Emmanuel Makronla danışıqlar zamanı deyib.

Onların görüşü oktyabrın 24-də olub. Lakin dünya katoliqlərinin liderinin fikirləri noyabrın 8-də yayımlanıb.

Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə atəşfəşanlıq keçirilib

Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə atəşfəşanlıq keçirilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Milli Parkda Zəfər Günü münasibətilə bayram konserti atəşfəşanlıqla davam etdirilib.

Qələbə sevincini paylaşmaq üçün milli parka axışan paytaxt sakinləri ilə yanaşı, Bakının qonaqları da konserti böyük maraqla izləyiblər.

Tokayev: İslam dəyərləri millətin birliyinin möhkəmlənməsinə töhfə verir

Bizim borcumuz əcdadlarımızın adət-ənənələrini qorumaq və onlara hörmət etməkdir, ona görə də gənclərə düzgün istiqamət vermək çox vacibdir. 

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Atırau vilayətinin ictimaiyyəti ilə görüşündə bildirib. 

"Fitch Solutions": Azərbaycan Aİ və Britaniyaya qaz ixracını artırmaqda davam edəcək

"Fitch Solutions" beynəlxalq reytinq agentliyi Avropa qaz bazarı üzrə gələn il üçün gözləntilərini və mövcud risk ssenarilərini açıqlayıb.

Operativtv.com APA-ya istinadən məlumatına görə, Avropa qaz anbarları hazırda 93,4% səviyyəsində doludur. Bu da ilin bu mövsümü üçün beş illik tarixi orta göstəricidən (88,9% ) əhəmiyyətli dərəcədə yüksəkdir və planlaşdırılmamış tələbat artımlarına qarşı mühüm bufer rolunu oynaya bilər.

Rusiya Təhlükəsizlik Şurasının katibi İrana səfər edib

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrana səfər edib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, səfər İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi, kontr-admiral Əli Şəmxaninin rəsmi dəvəti ilə baş tutub.

Patruşevin iranlı həmkarı ilə görüşdən əlavə digər yüksək səviyyəli rəsmilərlə də görüşü gözlənilir.

Hizbullahdan Knesset seçkilərinə münasibət

Livan Hizbullah Hərəkatının Mərkəzi Şurasının üzvü Həsən əl-Bağdadi Knesset seçkilərini dəyərləndirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İşğal altındakı ərazilərdə dörd il ərzində beşinci dəfə keçirilən növbədənkənar seçkidə rejimin ən uzun müddətdir baş nazir olan Benyamin Netanyahu üçün hakimiyyətə gedən yol yenidən açılıb.

Netanyahunun başçılıq etdiyi sağçı blok 120 yerlik parlamentə 64 deputat göndərib.

"Qalatasaray" Hazardı transfer etmək istəyir

"Qalatasaray" "Real"ın hücumçusu Eden Hazardı transfer etməyi planlaşdırır.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "AS" və "Marca" nəşrləri məlumat yayıb.

Türkiyə təmsilçisinin 31 yaşlı forvardla maraqlandığı, cari mövsümün sonunda icarə əsasında heyətinə qatacağı bildirilir. "Qalatasaray" İkardi keçidində olduğu kimi Edenin maaşının bir hissəsini ödəyəcək.

Lerikdə “Zəfər Günü” ilə əlaqədar zəka yarışması keçirilib

İkinci Qarabağ müharibəsində qazanılmış qələbə münasibətilə lerikli gənclər arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə “Zəfər Kuboku” turniri keçirilib.

Operativtv.com Report-un Cənub bürosuna istinadən verdiyi xəbərə görə, 200-ə yaxın gəncin iştirak etdiyi turnir lerikin 30-ə yaxın kənd məktəblilərini və rayon məktəblilərini əhatə edib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri mümkün sülh müqaviləsinin elementlərini müzakirə ediblər

Operativtv.com Turan-a istinadən xəbər verir ki, noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb. Görüşün baş tutduğu Blair House-da, nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də keçirilib. Azərbaycan XİN-nin məlumatına görə, nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd edib.

Nigeriyada silahlılar 11 mülki şəxsi qətlə yetirib, 80 nəfəri qaçırıblar

Nigeriyada silahlı şəxslər ölkənin şimal-qərbində həyata keçirdiyi ayrı-ayrı hücumlarda ən azı 80 nəfəri qaçırıb və 11 nəfəri öldürüblər.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə ölkənin şimal-qərbində Zamfara əyalətində qəbilə başçıları və yerli sakinlər məlumat veriblər.

Gizli olaraq AKP-dən xüsusi tenderlər

Operativtv.com türk mediasına istinadən xəbər verir ki, AKP hökuməti podratçıya istədiyi işi verməyə davam edir. AKP xüsusilə Dövlət Satınalmaları Qanununun əsas prosedur kimi nəzərdə tutduğu iri tenderlərdə rəqabətə imkan verən “Açıq Prosedur”dansa gizli tenderlərə üstünlük verir. Hökumət, qanunun zəlzələ kimi fövqəladə vəziyyətlərdə tətbiq ediləcəyini istisna olaraq təyin etdiyi "21-b Bazarlıq" prosedurundan istədiyi işi istədiyi şirkətə vermək vasitəsi kimi istifadə edir. Bu maddə əsasında keçirilən tenderlərdə elan tələbi yoxdur.