İran və İraqın müştərək neft yatağı bir milyard dollar sərmayə ilə istismara verilir

İran və İraq arasında müştərək neft yatağı bir milyard dollar sərmayə ilə istismar mərhələsinə daxil olur.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin icraçı direktoru Möhsün Xocaste Mehr açıqlama verib.

Bildirilib ki, İraqla müştərək olan Söhrab neft yatağı bir milyard dollarlıq sərmayə ilə əməliyyat mərhələsinə daxil olur.

O, həmçinin qeyd edib ki, “İran neftinin hasilat gücü hazırda gündə 3,8 milyon bareldən çoxdur”.

"İran neftinin ixracı üçün şərait əvvəlkindən daha yaxşıdır və biz yeni alıcılar tapdıq",  deyə o əlavə edib.