Amerika nümayəndə heyəti gizli şəkildə Yəmənə səfər edib

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Yəmənin Ənsarullah Hərəkatının üzvlərindən biri bəyan edib ki, Yəməndə gərginliyin yeni mərhələsini başlatmaq üçün ABŞ və İngiltərənin sui-qəsdi başlaya bilər.

Yəmənin Ənsarullah Hərəkatı Amerika hərbi heyətlərinin Səudiyyə koalisiyasının işğal etdiyi ərazilərə daxil olduğunu açıqlayıb. Ənsarullah Siyasi Bürosunun üzvü Əli əl-Qəhhum ABŞ hərbi heyətinin bu həftə Yəmənə daxil olduğunu bildirib və deyib: Amerika Böyük Britaniya ilə birlikdə Yəməndə gərginliyin yeni mərhələsi yaratmaq üçün zəmin hazırladığını bəyan edib. Yəmən mənbələrinin xəbərinə görə Amerikalıların işğal altındakı Hadramut vilayətinə davamlı səfərləri Yəmənin neft və təbii qaz ehtiyatlarının talan edilməsinə uyğundur. Bildirilir ki, ABŞ hərbi heyəti bu səfərlər zamanı BƏƏ-nin nəzdində çalışan Hadramut qubernatoru ilə görüşüb. Bəzi əyalətlər, o cümlədən Hadramut, Yəmən Milli Azadlıq Hökumətinin suverenliyindən kənarda və Səudiyyə-BƏƏ hücum koalisiyasının nəzarəti altındadır.