Tokayev: İslam dəyərləri millətin birliyinin möhkəmlənməsinə töhfə verir

Bizim borcumuz əcdadlarımızın adət-ənənələrini qorumaq və onlara hörmət etməkdir, ona görə də gənclərə düzgün istiqamət vermək çox vacibdir. 

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Atırau vilayətinin ictimaiyyəti ilə görüşündə bildirib. 

Dövlət başçısı Qazaxıstanın dünyəvi dövlət olduğunu, Konstitusiyanın dini etiqad azadlığına təminat verdiyini xatırladıb. Lakin onun fikrincə, dünyəvi və tolerant ölkə olmaq müxtəlif radikal cərəyanlara, dini separatizmə göz yummaq demək deyil. 

"Biz heç vaxt ölkənin bütövlüyünü təhlükə altına salmayacayıq. Uzun əsrlər boyu əcdadlarımız şəriət normalarını milli həyat tərzi ilə ahəngdar şəkildə birləşdirən İslam dinini qəbul ediblər. İslam dəyərləri millətin birliyinin möhkəmlənməsinə töhfə verir", deyə Tokayev qeyd edib. 

Prezidentin sözlərinə görə, əcdadların adət-ənənələrini qorumaq və onlara hörmət etmək hər bir vətəndaşın borcudur.

"Bu kontekstdə gənclərimizə düzgün istiqamət vermək çox vacibdir”, deyə Tokayev vurğulayıb.