Rusiya İranla Səudiyyə Ərəbistanı arasında vasitəçilik təklif edib

Rusiyanın Xarici İşlər Nazirliyi rəsmi Tehranla ər-Riyad arasında vasitəçiliyə hazır olduğunu bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Moskvanın, fikir ayrılıqlarının aradan qaldırılması üçün İranın Səudiyyə Ərəbistanı ilə təmaslarında vasitəçi olmağa hazır olduğunu bəyan edərək, mövcud problemlərin dialoq yolu ilə həll edilməli olduğunu vurğulayıb.

"Sputnik" agentliyinin Ər-Riyad və Tehran arasında münasibətlərin gərginləşməsini şərh etmək üçün verdiyi suala cavab olaraq Boqdanov deyib: "Biz Səudiyyə və iranlı dostlarımızla əlaqə saxlayırıq. Biz bütün ziddiyyətlərin və yaranan anlaşılmazlıqların danışıqlar masası arxasında və konstruktiv dialoq çərçivəsində həllinin tərəfdarıyıq.”