Hizbullahdan Knesset seçkilərinə münasibət

Livan Hizbullah Hərəkatının Mərkəzi Şurasının üzvü Həsən əl-Bağdadi Knesset seçkilərini dəyərləndirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İşğal altındakı ərazilərdə dörd il ərzində beşinci dəfə keçirilən növbədənkənar seçkidə rejimin ən uzun müddətdir baş nazir olan Benyamin Netanyahu üçün hakimiyyətə gedən yol yenidən açılıb.

Netanyahunun başçılıq etdiyi sağçı blok 120 yerlik parlamentə 64 deputat göndərib.

Livan Hizbullah Hərəkatı Mərkəzi Şurasının üzvü Həsən əl-Bağdadi Knesset seçkilərini dəyərləndirərək, “Həddindən artıq sağçı partiyaların Knesset seçkilərində qazandığı qələbə Livanla sərhədlərin müəyyənləşdirilməsinə dair razılaşmaya mənfi təsir göstərməyəcək”, - deyə bildirib.

Bir tərəfdən sosial parçalanma, digər tərəfdən ifrat sağçı partiyaların zəif qələbəsi bu rejimin sürətlə çökdüyünü göstərir.

Məlumat üçün qeyd edək ki, oktyabrın 27-də ABŞ-ın vasitəçiliyi ilə Təl-Əviv və Beyrut arasında dəniz yurisdiksiyası ərazilərini müəyyən edən saziş imzalanıb.