Con Bolton: İranlı dissidentlər KRG-də silahlanıblar

Operativtv.com İRNA-ya istinadən xəbər verir ki, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton İrandakı son xaos hadisələrinə işarə edərək, xaosçuların silahlı olduğunu etiraf edib və bildirib ki, bu insanlar İraq Kürd Regional Qrup Rəhbərliyi  (KRG) vasitəsi ilə silah əldə ediblər. İrana qarşı müdaxiləçi və sərt mövqeyi ilə tanınan Bolton BBC-yə müsahibəsində deyib: “İranlı müxaliflər İrana hərbi bazalardan və KRG-nin bəzi nöqtələrindən daxil olan silahlarla silahlanıb və bu, onların artıq silahsız olmadığını göstərir”. İranın bəzi bölgələrində etimadsızlıq və qarışıqlığa səbəb olan xaosa baxmayaraq, Bolton onların iğtişaşlarını etiraz olaraq deyil, hökumətə qarşı güc tətbiq etmək üçün “sistemli səy” kimi qiymətləndirib.