"Dualar" kitabı çapa hazırlanır

Klassik ədəbiyyatın silsiləvi çapını həyata keçirən Əhli-beyt (ə) maarifi evi növbəti kitabın çapına hazırlaşır. Şeyx Qutbuddin Rəvəndinin "Dualar" kitanının çapına hazırlaşan nəşriyyat evi ruhun qidasi olan mənəviyyat dolu duaları yaxın zamanlarda böyük oxucu kütləsinə təqdim edəcək.

Əbu Carud deyir: "İmam Baqirə (ə) dedim: "Mən kor bir şəxsəm, yaşlı qocayam, sizinlə arada olan (yol) məsafəm uzaqdır. Səndən elə bir şey söyləməyini istəyirəm ki, onunla Allahın dinini icra edim, sarılacağım dəlilim olsun və özümdən sonrakılara onu (miras olaraq) çatdırım".
Əbu Carud deyir: "O, sözümdən təəccübləndi, qalxıb əyləşdi və buyurdu: "Ey Əbu Carud, necə dedin? Bir daha təkrarla".
Mən xahişimi bir daha təkrarladım.
İmam (ə) buyurdu: "Allahdan savayı ilahın olmadığına, yeganə və şəriksiz olduğuna, Muhəmmədin Onun qulu və elçisi olduğuna şəhadət et, namaz qıl, zəkat ver, Ramazan ayında oruc tut, Kəbəni həcc et, bizim vilayətimizə bağlı qal, düşmənlərimizə düşmən ol, əmrlərimizə təslim ol, Qaimimizi gözlə, pəhrizkar və çalışqan ol".
(Şeyx Qutbuddin Ravəndi (r), "Səlvətul-həzin", səh. 147, hədis: 353)