Əli İnsanovun partiyasında daha bir istefa

Keçmiş səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq və Ədalət Partiyasının fəalı  Nuridə Hidayət (HƏP) istefa verib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, o, istefa verməsi ilə bağlı bu sözləri deyib:

"Əziz dostlarım, bacı və qardaşlarım mən təmsil olunduğum Haqq Ədalət Partiyasına bu gündən əlvida deyirəm".

Xatırladaq ki, bundan əvvəl HƏP-in sədr müavinləri İsfəndiyar Vahabzadə və Qüdrət Quliyev partiyadan istefa verdiklərini bəyan etmişdilər.

Qeyd edək ki, Haqq və Ədalət Partiyası 2019-cu ildə Əli İnsanovun təşkilatçılığı ilə yaradılıb. Partiyanın ilk sədri Əli İnsanov seçilib. Bir neçə gün əvvəl Əli İnsanov özünün və partiyasının Prezident İlham Əliyevi dəstəklədiyini bəyan edib.