Bağdadda ABŞ vətəndaşı və kanadalı zabit qətlə yetirilib

 İraqın paytaxtı Bağdadda bir ABŞ vətəndaşının olduğu maşına atış açılıb. Eyni zamanda bu şəhərdə Kanada Ordusunun bir zabiti şübhəli şəkildə vəfat edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik mənbələri məlumat veriblər.

Məlumata görə Bağdadın əl-Karrada rayonunda Toyota-Prado markalı avtomobilə naməlum silahlılar tərəfindən atış açılıb və avtomobildəki ABŞ vətəndaşı ölüb.

Həmçinin təhlükəsizlik mənbələri ötən gün Bağdadda Kanada Ordusunun Erik Çyung adlı zabitinin şübhəli şəkildə öldüyünü bildiriblər.

Kanada rəsmi mənbələri bu məlumatı təsdiqləyib, lakin ölümü barədə detallı məlumat verməyiblər.

İraqda qeyri-rəsmi mənbələr kanadalı zabitə qarşı sui-qəsdin olduğunu iddia edirlər.