"Qalatasaray" Hazardı transfer etmək istəyir

"Qalatasaray" "Real"ın hücumçusu Eden Hazardı transfer etməyi planlaşdırır.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "AS" və "Marca" nəşrləri məlumat yayıb.

Türkiyə təmsilçisinin 31 yaşlı forvardla maraqlandığı, cari mövsümün sonunda icarə əsasında heyətinə qatacağı bildirilir. "Qalatasaray" İkardi keçidində olduğu kimi Edenin maaşının bir hissəsini ödəyəcək.

"Kral klubu" da 2024-cü ildə müqaviləsinin müddəti başa çatacaq Hazardla vidalaşmaq niyyətindədir.