Astana danışıqları noyabrın sonunda keçiriləcək

Operativtv.com xarixi medialara istinadən xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyi Astanada Suriya üzrə danışıqların yeni iclasının noyabrın sonunda keçiriləcəyini bildirib.

Sonuncu dəfə İran prezidenti İbrahim Rəisi, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 19 iyul 2022-ci ildə Astana formatı çərçivəsində Tehranda keçiriləcək Üçtərəfli Zirvə görüşü üçün bir araya gəlmişdilər. Liderlər Suriya böhranının dinc və davamlı həllində Astana prosesinin aparıcı rolunu vurğulamışdılar.

Digər tərəfdən, sentyabr ayında Nyu-Yorkda Türkevidə keçirilən Astana Prosesi Xarici İşlər Nazirləri Toplantısına qatılan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşmüşdü. Görüşdə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen də iştirak etmişdi. Çavuşoğlu "Astana Prosesi Xarici İşlər Nazirləri Toplantısını keçirdik. Suriya böhranının qalıcı siyasi həlli üçün bütün sahələrdə diplomatik səylərimizi davam etdiririk" demişdi. Növbəti Astana toplantısında mövzu ilə bağlı mükazirələrin daha aktiv fazaya keçəcəyi gözlənilir. Eyni halda ötən Astana toplantısından sonra aktivləşən bir çox mövzular tərəflərin təkbətək və ümumi formatda müakirəyə çıxarılacağı ehtimal olunur.