FİFA Rusiya - Tacikistan oyununa razılıq verib

FİFA Rusiyanın Tacikistan yığması ilə yoldaşlıq matçını keçirməsinə icazə verib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu oyununun nəticəsi FİFA reytinqi hesablanarkən də nəzərə alınacaq.

Rusiya və Tacikistan yığmaları arasındakı görüş noyabrın 17-də baş tutacaq.

Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisində apardığı müharibəyə görə bu ölkənin yığması və klubları FIFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.