ABŞ Dövlət Departamenti fiskal şəffaflıqla bağlı illik hesabatını açıqlayıb. Sənəddə ABŞ-dan yardım alan hökumətlərin büdcə şəffaflığı təhlil edilir.
Hesabatda Azərbaycan fiskal şəffaflığın minimum tələblərinə cavab verməyən və bu istiqamətdə mühüm irəliləyişə nail olmayan ölkə kimi qiymətləndirib.
Sənəddə o da vurğulanır ki, Azərbaycan hökuməti təbii ehtiyatların hasilatı üzrə müqavilələrin və lisenziyaların verilməsi meyarlarını və prosedurlarını qanunvericilik və normativ aktlarda qismən əks etdirsə də, praktikada bu prosedurlara əməl edib-etmədiyi bəlli deyil.
Hesabatda Azərbaycanın fiskal şəffaflığın artırılması üçün atacağı iki addım da göstərilib:
“Birincisi, təbii ehtiyatların hasilatı üzrə müqavilələrin verilməsi meyarlarının və prosedurlarının qanunda və ya normativ aktlarda tam göstərilməsi. İkincisi, praktikada bu sənədlərin tələblərinə əməl edilməsi”.
ToplumTV
Azərbaycan maliyyə şəffaflığı ilə bağlı minimum tələblərə cavab vermir