Yunanlar ABŞ və İsrailin bayrağını yandırıblar

Yunanıstan xalqı Fələstinə dəstək olaraq bu ölkənin paytaxtı Afinanın küçələrində ABŞ və İsrail bayraqlarını yandırıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Komitəsi son 6 ayda Qəzzada şəhid olanların təxminən 70 faizinin qadın və uşaqlar olduğunu bildirib.

BMT-nin İnsan Haqları Komitəsi İsrailin Qəzzada sıx məskunlaşan ərazilərə geniş ziyan vura biləcək silahlarla hücumunun çox sayda insanın ölümünə səbəb olduğunu açıqlayıb.

Hesabatda şəhidlərin 70 faizinin qadın və uşaqlar olduğu göstərilib və beynəlxalq hüququn pozulmasının “görünməmiş” səviyyədə olduğu vurğulanıb. Beləliklə, İsrailin “bəşəriyyətə qarşı müharibə və digər cinayətlər” törətdiyi bir daha üzə çıxıb.

BMT-nin İnsan Haqları üzrə Ali Nümayəndəsi Volker Türk açıqlamasında deyib: “Mülki insanların öldürülməsi və yaralanmasının görünməmiş səviyyəsi beynəlxalq humanitar hüququn əsas prinsiplərinə əməl edilməməsinin birbaşa nəticəsidir”.

Belə ki, minlərlə yunan Fələstinə dəstək olaraq bu ölkənin paytaxtının küçələrində ABŞ və İsrail bayraqlarını yandırıblar.

İsrail 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda 43 min 922 nəfəri şəhid edib. Bombalanmış binaların dağıntıları altında daha çox cəsədin qaldığı təxmin edilir.