Vəkil Nemət Kərimli həbsxanada 29 gündür aclıq aksiyası keçirən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun yaddaşını itirdiyini bildirir.
Nemət Kərimli aprelin 29-da Umbakı qəsəbəsində saxlandığı təcridxanada siyasətçi ilə görüşdən sonra bu barədə sosial media hesabında yazıb.
O deyib ki, səhər saatlarında həkim tərəfindən müayinə olunan Yaqublu çəkisindən başqa digər göstəricilərini xatırlamayıb.
Yaqublunun çəkisi 80,3 kg-a düşüb. Bu onun aclıq edəndən bəri 15 kg-dan çox çəki itirdiyini göstərir.
Vəkil əlavə edib ki, Yaqublu özünü çox pis hiss etdiyini və tez-tez başının gicəlləndiyini deyib.
Aprelin 29-da ailə üzvlərinə zəng edən Yaqublu ölüm riskinə baxmayaraq aclığı dayandırmayacağını bildirib.
“Hakimiyyət elə düşünə bilər ki, mənim Apellyasiya Məhkəməsiylə bağlı bəzi ümidlərim var, mən də məhkəməyə qədər toparlanıb aclıq aksiyasına davam edəcəm. Onsuz da Apellyasiya Məhkəməsi də qərarını dəyişməyəcək və mən də ümidsizliyə qapılıb aclıq aksiyasını dayandıracam. Belə şey olmayacaq. Aclığı sona qədər davam etdirəcəm. Sonu ölüm də olsa!”, - o deyib.
Yaqublunun işi üzrə Apellyasiya Məhkəməsinin iclası mayın 6-a təyin olunub.
Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
O, aprelin 1-dən azadlığa buraxılması üçün aclıq aksiyası keçirir.
Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Siyasətçi ittihamları qurama sayır.
Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.
O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.
YoplumTV
Vəkil: Tofiq Yaqublu yaddaşını itirir