Suriyada Dəməşq şəhərində Xanım Zeynəbin (ə.s) mübarək Ziyarətgahında təmir işləri aparılır.
Bir həftə öncə başlamış təmir işləri çərçivəsində ziyarətgahın həyətində sınmış mərmərlər dəyişdirilir.
Məlumata görə, hərəmin ətrafında yerləşən dəhlizlərdəki bəzəklər və naxışlar bərpa edilir, eləcə də idarə otaqlarının taxta qapıları təmizlənir və təmir olunur.
Qeyd edək ki, bu günlərdə Ziyarətgah tərəfindən açıqlama yayılaraq Ziyarətgahın bayrağının çıxarılması haqda məlumat yayılıb. Bildirilir ki, ölkədəki mövcud durumu nəzərə alaraq bu addım atılıb, bayrağa baxmayaraq Ziyarətgah fəaliyyətini davam etdirəcək.
Az.shafaqna.com
Xanım Zeynəb (s.ə) Ziyarətgahında təmir işləri aparılır