ABŞ Yəmənə yenidən zərbə endirib

ABŞ döyüş təyyarələri Yəmənin şimalındakı Səda əyalətinin Əl-Səlim rayonundakı Sahlin bölgəsini 6 dəfə bombalayıb.

Əl-Məsirə telekanalının məlumatına görə, ABŞ döyüş təyyarələri Yəmənin şimalındakı Səda əyalətinin Əl-Səlim rayonundakı Səhlin bölgəsini 6 dəfə bombalayıb.

Sənanın şərqində yerləşən Nəqm dağı 3 dəfə Amerikanın hücumlarına məruz qalıb.

Yəmən mediası ABŞ döyüş təyyarələrinin Sənanın şərqindəki Nəqm dağını bombaladığını və bölgənin üç ayrı hücuma məruz qaldığını bildirib.

Əl-Məsirə xəbər verir ki, Amerika döyüş təyyarələri də Sənanın şimal-şərqindəki Şuub bölgəsindəki əl-Cərəf məhəlləsini bombalayıb.