İrakli Qaribaşvili Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri postunu tərk edərək, siyasətdən gedir.
O, fəaliyyətini özəl sektorda davam etdirəcəyini və “Gürcü Arzusu”nun əleyhdarı kimi yenidən siyasətə qayıtmaq fikrində olmadığını bildirib.
Qaribaşvili 2012-ci ildə Bidzina İvanişvili tərəfindən yaradılan “Gürcü Arzusu”nun fəaliyyətində iştirak edib.
O, 2013-cü ildən 2015-ci ilədək Gürcüstanın baş naziri vəzifəsində çalışıb.
2021-ci ilin fevralında yenidən Nazirlər Kabinetinin rəhbəri olub.
2024-cü ilin yanvarında İ.Qaribaşvili baş nazir postundan istefa verib və “Gürcü Arzusu”nun rəhbəri olub.
İrakli Qaribaşvili Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri postunu tərk edərək, siyasətdən gedir