Pakistan və Hindistan arasında sərhəd gərginliyi yenidən alovlanıb. Pakistan ordusu Lipi bölgəsində Hindistan ordusuna məxsus iki blok-postu məhv edib.
Məlumatlara görə, əməliyyat Pakistan Silahlı Qüvvələrinin dəqiq zərbələri nəticəsində uğurla başa çatıb.
Hindistan ordusuna məxsus iki mühüm postun sıradan çıxarıldığı bildirilib. Hədəf alınan mövqelər, bölgədə Hindistan ordusunun fəaliyyətini ciddi şəkildə zəiflədib.
Əməliyyatdan sonra sərhəd bölgəsində vəziyyətin daha da gərginləşdiyi qeyd olunur. Hər iki tərəf qoşunlarını yüksək hazırlıq vəziyyətinə gətirib. Hazırda bölgədə atəşkəs rejiminin pozulması səbəbindən əlavə tədbirlər görülür.
Hadisə ilə bağlı hələlik hər iki tərəfdən rəsmi itki sayı açıqlanmayıb. Pakistan ordusunun əməliyyatı və Hindistan tərəfinin cavab tədbirləri barədə əlavə məlumatların veriləcəyi gözlənilir.
Pakistan ordusu Hindistanın iki blok-postunu məhv edib