Qəzza üçün 40 ölkədən ədalət tələbi: İsrail Haaqa Məhkəməsində

 BMT-nin Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) 40 ölkənin nümayəndələrinin iştirakı ilə İsrailin beynəlxalq hüququ pozaraq Qəzza zolağına humanitar yardımın girişini bloklaması ilə bağlı dinləmələr başlayıb.

Qəzza üçün 40 ölkədən ədalət tələbi

40 ölkə 28 aprel tarixində başlanan dinləmələrdə, müxtəlif dövlətlərin nümayəndələri İsrailin işğal altında saxladığı Fələstin torpaqlarında, xüsusən Qəzza zolağında fələstinli mülki əhalini aclıqla cəzalandırdığını bildirərək öz arqumentlərini təqdim edirlər.

İsrail isə dinləmələrə qatılmaqdan imtina edib və prosesi “siyasi motivli” adlandırıb. Halbuki məhkəmə prosesi 2024-cü ilin dekabrında, İsrailin humanitar yardım girişini rəsmi şəkildə dayandırmasından əvvəl, BMT Baş Assambleyasının qərarı ilə başlanmışdı.

Bu proses, BMT-nin İsrailə qarşı qəbul etdiyi və ICJ-dən rəy tələb edən qətnaməsinə əsaslanır. 19 dekabr 2024-cü ildə Norveçin təşəbbüsü ilə keçirilən səsvermədə qətnamə 137 lehinə, 12 əleyhinə səs və 22 bitərəf səslə qəbul edilmişdi.

Dinləmələrin ilk günü Fələstin nümayəndələri də məhkəmə qarşısında çıxış edəcək.

Qeyd edək ki, Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüds BMT tərəfindən işğal olunmuş Fələstin əraziləri kimi tanınır. Beynəlxalq hüquqa görə İsrail bu ərazilərdə yaşayan fələstinli əhalinin ərzaq, tibbi yardım və humanitar ehtiyaclarını təmin etmək öhdəliyinə malikdir.

İsrail dinləmələrdə iştirak etməsə də, ABŞ – dekabrda qətnaməyə qarşı çıxmasına baxmayaraq – 30 aprel tarixində öz mövqeyini açıqlamağı planlaşdırır.

BMT Beynəlxalq Ədalət Məhkəməsinin qərarları hüquqi baxımdan məcburi olmasa da, siyasi baxımdan ciddi təsir gücünə malikdir. Yekun qərarın bir neçə ay ərzində elan olunması gözlənilir.

 

 

Az.shafaqna.com