Dünyanın şübhəsiz fikir üstünlüyü qorunduğu bu günü iqtisadi nəhəngləridir. Dünənə qədər güc bu mövzuda son nöqtəni qoyurdusa, son illər dünyanın bahalanan həyat tərzi, daha lüks, daha yüksək dünya düzəni böyük iqtisadi, maddi təminatı qaçılmaz edəcəkdi deyə, bu münasibətlərdə iqtisadiyyat ən yüksək nöqtəni tutur. Siyasilərin parlatdığı gözqamaşdırcılığın işartısı artıq sıçrayışla təbəqələri belə qoynuna almağa davam edir.
Son, Amerika və Çin arasında yaşanan gərginliklər də bunu söyləməyə əsas verdi ki, iqtisadi gücə sahib olmaq bu günün dünyasında atom silahına malik olmaqdan az əhəmiyyət daşımır. Məlum nəticə dünyanın yeni gücləri və bölgülərini bir daha qabardaraq tərəfləri siyasi seçimlərində növbəti incələməyə dəvət edir.
Azərbaycanın bu məsələlər fonunda Çinə səfəri də təsadüfi sayıla bilməz. Əlbəttə, burada mətbuatda yer alan ailə tərkibli səfərin qabardılan nöqtəsi istisna olmaqla məlum münasibətlər bir dövlət siyasəti olaraq indiki hakimiyyətin Qərblə münasibətlərində soyuq qütbü bir daha ortaya qoymuş sayılmalıdır. Birmənalıdır ki, Amerika-Çin iqtisadi savaşının kuliminasiya həddində olduğu bir zamanda “hərtərəfli strateji tərəfdaşlıq” qarşı tərəfə soyuq davranış göstərməsinə cavabdır.
Hakimiyyət Avropa ilə polzulan münasibətlərdən sonra Tramp hakimiyyətinə Baydenin ardınca az da olsa ümidli olduğunu gizlətməsə də, qarşı tərəfin davranışları sələfindən fərqli olmadı. Bu isə öz növbəsində Əliyev hakimiyyətini Çinə doğru çəkməyə məcbur etdi. Məlum vəziyyətdə, hal-hazırda Asiyadan çəkilən qatar xəttinin iqtisadi zona olaraq Çinə birləşəcəyi layihəyə Azərbaycanın daxil olma maraqları da bu işin təkanverici nöqtələri sırasındadır. Çünki neft erasının bitməkdə olan zamanı yalnız iqtisadiyyatı idxala hesablanan Azərbaycan kimi bir ölkə üçün sabahını qaranlıqlara doğru çəkir.
Bəlli vəziyyətdə iqtisadiyyat siyasi əsasların önündə durma səlahiyyəti əldə etdiyi üçün bu məqamda Azərbaycanın seçdiyi Asiya siyasi xətti Qərbdən gözləntilərin enişini göstərən addımdır. Dəfələrlə Amerika konqresində gündəmə gələn və hal-hazırda müzakirəyə hazırlanan Azərbaycanda insan haqlarının vəziyyəti də deyilənlərin əyani nümunəsidir. Bir zamanlar AŞPA-da başlanan bu tip dinləmələr sonunda Azərbaycanı bu gün bu təşkilatda məlum çətinliklərlə qarşı-qarşıya qoyub. Hakimiyyətin Çin səfərinin görünən tərəfi də bunu söyləməyə əsas verir ki, Qərbin narazı ritorikası onun ümidlərini Çinin qapısına gətirib.
Tərəflər arasında seçim