İranda limanda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb, 1139 nəfər yaralanıb.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
İranın Fövqəladə Hallar Təşkilatının sözçüsü bildirib: “Bəndər Abbasda baş verən güclü partlayışdan sonra Fövqəladə Hallar qüvvələri dərhal hazırlıq vəziyyətinə keçib və 80 nəfər xəstəxanaya aparılıb.”
İranın cənubundakı Bəndər-Abbas şəhəri yaxınlığında yerləşən Şəhid Rəcəi limanında baş vermiş güclü partlayış nəticəsində ən azı 561 nəfər xəsarət alıb.
Partlayış limanın Sina konteyner sahəsindəki bir neçə konteynerdə baş vermiş və nəticədə genişmiqyaslı yanğın və qara tüstü müşahidə olunub.
Partlayışın səbəbi hələ də araşdırılır, lakin ilkin məlumatlara görə, konteynerlərdəki təhlükəli və ya yanar maddələrin düzgün saxlanılmaması və ya səhlənkarlıq nəticəsində baş vermiş ola bilər.
Hazırda hadisə nəticəsində ölüm halları barədə rəsmi məlumat yoxdur.
Əraziyə təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilmiş, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilmişdir . Partlayışın təsiri nəticəsində bir neçə kilometr radiusda binaların şüşələri qırılmış və bir binanın uçduğu bildirilmişdir .
Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Az.rasthaber.com
İranda limanda partlayışda ölənlərin sayı 25 nəfərə çatıb, 1139 yaralı var (yenilənib)