ABŞ Yəmənə 7 hava zərbəsi endirib

ABŞ-ın Yəmənin Amran və Səna şəhərlərinə 7 hava hücumu təşkil etdiyi açıqlanıb.

Əl-Məsirə telekanalının məlumatına görə, ABŞ döyüş təyyarələri paytaxt Sənanın Nukm dağının şərqindəki Berraş bölgəsinə 4, Amranın Harf Süfyan bölgəsinə isə 3 hava hücumu həyata keçirib.

Hücum zamanı ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.

Ənsarullah daha əvvəl İsrailin işğal etdiyi Askalan bölgəsində ABŞ-ın təyyarədaşıyan USS Harry S. Truman gəmisinə və "kritik hədəfə" hücum etdiklərini açıqlamışdı.

Ənsarullah həmçinin ABŞ raketinin Səada şəhərində qeyri-qanuni afrikalı mühacirlərin yaşadığı binaya düşməsi nəticəsində 68 nəfərin həyatını itirdiyini bildirib.