Həzrət Ayətullah Xamenei: Qəzza və Livan xalqları İmamların (ə) xətti ilə hərəkət edirlər

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei İmam Sadiqin (ə) şəhadəti üçün keçirilən əzadarlıq mərasimində çıxışı zamanı deyib: Qəzzə və Livan xalqı əslində öz müqaviməti ilə İmamların (ə) xətti ilə hərəkət edir.

Ayətullah Xamenei İmam Sadiqin (ə) şəhadəti üçün keçirilən əzadarlıq mərasimində çıxışı zamanı deyib: "İmamların (ə) yolu qətiyyət və düzlükdür. İmamların dərsi məntiq dərsidir. Qəzzə və Livan xalqı da əslində öz müqaviməti ilə İmamların xəttinə uyğun hərəkət edir.”

Xatırladaq ki, ötən gün İmam Cəfər Sadiqin (ə) şəhadət günü idi.

Sadiq ləqəbi ilə məşhur olan İmam Cəfər bin Məhəmməd (ə) beşinci imamın oğludur. O, hicrətin 83-cü ilində doğulub, 148-ci ildə Abbasi xəlifəsi Mənsurun göstərişi ilə zəhərlənərək şəhid olub.