Konqresin insan hüquqları üzrə Tom Lantosun adını daşıyan komissiyası keçiriləcək tədbirlə bağlı yaydığı məlumatda deyilir:
"Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti pisdir. "Freedom House"un fikrincə, "Azərbaycanın avtoritar rejimində hakimiyyət ağır şəkildə 2003-cü ildən prezident vəzifəsini icra edən İlham Əliyevin və onun ailə üzvlərinin əlində cəmləşib. Korrupsiya geniş vüsət alıb və siyasi müxalifət illərlə davam edən təqiblərlə zəiflədilib. Hakimiyyət son illərdə geniş repressiyalar həyata keçirib..."
Dinləmədə Azərbaycan hökumətinin insan haqları pozuntuları, o cümlədən transmilli repressiya yolu ilə xaricdə törədilən əməllər, korrupsiya ilə insan hüquqlarının pozulması arasındakı əlaqə araşdırılacaq.
Azərbaycandakı repressiyalar ABŞ Konqresində müzakirə ediləcək