ABŞ Yəmənə 6 hava hücumu həyata keçirib

ABŞ hərbi döyüş təyyarələri Yəmənin Marib və Əmran əyalətlərinə 6 ayrı hava hücumu həyata keçirib. Hücumlar bölgədə gərginliyi artırıb.

ABŞ hərbi təyyarələrinin Yəmənin şimalındakı Marib və Əmran əyalətlərini hədəf aldığı bildirilir.

Yerli mənbələrin məlumatına görə, 6 ayrı hava hücumu həyata keçirilib.

Hücumlar zamanı tələfat və dağıntılar barədə rəsmi açıqlama verilməyib.

Əl-Məsirə telekanalının xəbərinə görə, ABŞ ordusu Maribin Medqal bölgəsinə 4, Amranın Harf Süfyan bölgəsinə isə 2 hava zərbəsi endirib.

Hücumlardan sonra ölən və yaralananların sayı barədə məlumat verilməyib.