SOCAR-ın məmurunun oğlu intihar etdi

Bu ilin avqust ayının 6-da gecə saatlarında intihar edən gənc 27.07.1989 təvəllüdlü Vəlizadə Müşviq Nazim oğlu SOCAR-ın Elm və texnika şöbəsinin rəisi, Nazim Vəliyevin oğludur. 

Unikal.org-un əldə etdiyi məlumata görə, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ evlərinin birində 1989-cu il təvəllüdlü Müşfiq Nazim oğlu Vəlizadə özünə məxsus qarajda qapını içəridən bağlayaraq 10 BK 010 dövlət nömrə nişanlı "Mersedes” markalı avtomobilinin mühərrikini işlək vəziyyətinə gətirib və intihar edib. Bundan xəbərdar olan yaxınları onu Mərkəzi Klinikaya çatdırsa da, onu xilas edə bilməyiblər. 

Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət məcəlləsinin 125 (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, evin tək oğlu olan 27.07.1989 təvəllüdlü Müşviq Vəlizadə özü də SOCAR Baş Ofisinin "Protokol şöbəsinin" əməkdaşı olub.