Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı Ağazaman Əlqardaş oğlu Hüseynov dənizdə boğularaq ölüb. Xəbəri "Trend” SOCAR-a istinadən yayıb.
Bildirilir ki, MPK-460” gəmisi "28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündən yük qəbul edərkən 4-cü dərəcəli takelajçısı Ağazaman Hüseynov gəminin yırğalanması nəticəsində müvazinətini itirərək dənizə düşüb.
"Suya atılan xilasetmə dairələrini tuta bilməyən Ağazamin Hüseynov "Nefteqaz-62” gəmisindən suya endirilmiş qayıq vasitəsilə sudan çıxarılıb.
Gəmidə olan heyət tərəfindən ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, öldüyü məlum olub,”- xəbərdə bildirilir.
Dənizə düşən SOCAR əməkdaşı ölüb
Oxşar xəbərlər