SOCAR Gürcüstanda qazın qiymətini artırır

Gürcüstana təbii qazın əsas təchizatçısı olan "SOCAR Georgia Gas" şirkəti kommersiya abunəçiləri üçün 1 kubmetr üçün qazın qiymətini 10,5% artıraraq 0,95 lariyə (0,60 AZN) çatdrıacaq.  "Eadaily.com" portalına istinadən bildirilir ki, bu barədə ictimaiyyətə şirkətdən məlumat verib.

"SOCAR Georgia Gas" açıqlayıb ki, qiymətlərin bahalaşması milli valyutanın (lari) ABŞ dollarına mübadilə kursunun dəyişməsi ilə əlaqədardır. Yeni tarif martın 1-dən qüvvəyə minəcək.
 
Qeyd edək ki, SOCAR üçün Gürcüstanda təbii qaz bazarı (həm topdan, həm də pərakəndə) 2007-ci ildə yaradılıb. Bu illər ərzində şirkət qaz şəbəkəsinə 250 mindən çox yeni abonent daxil edib və hazırda qaz abonentlərinin sayı 600 minə yaxındır.