Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən atdı

Bakıda 162 nömrəli məktəbdə intihara cəhd hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, səkkizinci sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) özünü məktəbin üçüncü mərtəbəsindən atıb.

Hadisə nəticəsində şagirdin ayağı sınıb. O, 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilib.

İlkin məlumata görə, hadisəyə səbəb məktəblinin ailəsində yaşanan problemlər olub.

Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.