Erməni əsgər Qarabağda intihar etdi

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki hərbi birləşməsinin əsgəri Vanik Gevorqyan ölüb.

Teleqraf.com xəbər verir ki, 1996-cı il təvəllüdlü əsgərin intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan Silahlı Qüvvələrinin baş leytenantı Karen Avanesyan da intihar edərək özünü öldürmüşdü.