İmtahanda aşağı bal toplayan qız özünü binadan ataraq öldürdü - Foto

Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

Suraxanı Rayon Polis İdarəsi 33-cü polis bölməsindən baku.ws-ə bildirilib ki, Yeni Günəşlidə binaların birindən gənc qız yıxılıb.

Onun 9-cu mərtəbədən özünü atdığı bildirilir. O, hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin 2001-ci il təvəllüdlü Şəbnəm Xalədddin qızı Rzayeva olduğu bildirilir. 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Hadisə şahidlərinin verdikləri məlumata görə, qız qəbul imtahanından az bal topladığına görə intihar edib.