2018-ci ilin martında SOCAR Qrupu Maliyyə Nazirliyindən 102 mln. manat (60 milyon ABŞ dolları) və 98 mln. manat məbləğlərində, müvafiq olaraq, qısamüddətli və uzunmüddətli borclar götürüb.
APA-ya istinadən xəbər verilir ki, cari ildə SOCAR Qrup bir neçə yerli Gürcüstan banklarından 156 mln. manat (239 milyon GEL) və 16 mln. manat (24 milyon GEL) məbləğlərində, müvafiq olaraq qısamüddətli və uzunmüddətli borclar götürüb.
Bundan başqa, cari ildə SOCAR Qrupu bir neçə beynəlxalq bankdan Karbamid zavodu üçün 47 mln. manat (23 milyon Avro) məbləğində borc tranşı qəbul edib.
Bununla da cari ildə SOCAR Qrup ümumilikdə 419 mln. manat kredit götürüb.
Cari ildə SOCAR qrupu bir neçə beynəlxalq və yerli banklara borc öhdəlikləri üzrə müvafiq olaraq 417 mln. manat (245 milyon ABŞ dolları), 6 mln. manat (3 milyon Avro), 187 mln. manat (271 milyon GEL) və SOFAZ-a 65 mln. (38 milyon ABŞ dolları) məbləğində ödəniş edib.
Eyni zamanda, SOCAR Qrup “Azərkimya” zavodunun modernləşdirilməsi prosesi ilə bağlı olan xarici alışlar üçün Azərbaycan Beynəlxalq Bankında girov kimi 129 mln. manat məbləğində məhdudlaşdırılmış pul vəsaiti yerləşdirib.
Bundan əlavə, Qrup “SOCAR Türkiyə Enerji A.Ş”nin (STEAŞ) 13 faiz səhmləri ilə əlaqədar Satış Opsionu Razılaşmasına uyğun olaraq “Goldman Sachs International”a (“GSI”) ödəniləcək minimal ödəniş üçün zəmanət olaraq “Deutsche Bank”da 63 mln. manat (37 milyon ABŞ dolları) məbləğində məhdudlaşdırılmış pul vəsaiti yerləşdirib.
SOCAR Qrupun həmçinin 10 mln. manat məbləğində akkreditiv üçün girov kimi saxlanılan hesabı mövcuddur.
“SOCAR” cəlb etdiyi vəsaitlərin həcmi açıqlandı

Oxşar xəbərlər