İntihar etmək istəyən şəxs Milli Məclisin binasına çıxdı

Türkiyə Böyük Millət Məclisinin ictimaiyyətlə əlaqələr söbəsinin binasına çıxan şəxs intihara cəhd edib.
 
Unikal.org xəbər veirr ki, hadisə yerinə xilasedicilər cəlb olunub. Xilasedici dəstə həmin şəxsin özünü atmasının qarşısını almaq üçün binanın həyətində tədbir görüblər.
Ancaq məsələyə millət vəkilləri də qarışıb.
 
Belə ki, intihara cəhd edən şəxs 20 gündür "AK Parti” Ağrı Millət vəkili Ekrem Çelebi ilə görüşmək istədiyi, ancaq görüşə bilmədiyini bildirib.
 
Hadisəyə müdaxilə edən AK Parti Bingöl Millət vəkili Feyzi Berdibek intihara cəhd edən vətəndaşa 10 bin lira vermeyi təklif edib. Ancaq vətəndaşı MHP Kocaeli millət vəkili Saffet Sancaklı razı salıb və intihar fikrindən daşındırıb.