Mingəçevirdə alay komandiri özünə qəsd edib. Hadisə oktyabrın 9-u axşam saatlarında şəhərin “Energetik” yaşayış massivində baş verib. Belə ki, kanalın kənarındakı qamışlıqdan kişi meyiti tapılıb. Qısa müddətdə onun şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, ölən şəxs Əli Rəsul oğlu Məmmədovdur. İlkin araşdırmalar zamanı bunun intihar olduğu meydana çıxıb. Gənc adam “Kalaşnikov” avtomatı ilə öz çənə nahiyəsinə atəş açıb.
Ə.Məmmədovun yanında kağız parçası da tapılıb. Hərbçi həyatdan bezdiyi üçün intihar etmək istədiyini yazıb. Onun subay olduğu bildirilir.
Ə.Məmmədovun alay komandiri olduğu və kəşfiyyat briqadasında xidmət etdiyi, intihar üçün istifadə etdiyi silahı hərbi hissədən götürdüyü məlum olub.
Faktla bağlı Gəncə şəhər Hərbi Prokurorluğunda araşdırma aparılır.
azadliq.info
Mingəçevirdə alay komandiri intihar edib

Oxşar xəbərlər