İntihara cəhd edən jurnalist ibadətə başlayacaq

Bir müddət öncə ağır depressiyaya düçar olan, psixoloji gərginlik üzündən intihara cəhd edən tanınmış jurnalist Səbuhi Məmmədli Bakıdakı Bərpa Mərkəzində müalicəsini davam etdirir. 

Modern.az-ın məlumatına görə, jurnalistə baş çəkən həmkarları bildiriblər ki, onun vəziyyəti hələ ki ağır olaraq qalır. S.Məmmədlinin özü isə bu vəziyyətdən çıxacağına ümidli olduğunu vurğulayıb. 

Jurnalistə baş çəkən həmkarlarının bildirdiyinə görə, S.Məmmədli bundan sonrakı həyat tərzini tamamilə dəyişəcəyinə söz verib, hətta ibadət etməyə hazırlaşdığını gizlətməyib. 

S.Məmmədlinin özü də sosial şəbəkədə namaz qılmaq niyyətində olduğuna işarə edib.