Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna Azərbaycandan ilk xam neft gətirilib.
Oxu.Az xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji”nin cümə günü yaydığı məlumatda bildirilir.
Zavoddan qeyd olunub ki, STAR zavodu üçün 80 min ton həcmində “AzeriLight” markalı ilk xam neft yükü “Absheron” adlı tankerlə çatdırılıb.
Məlumatda zavodda oktyabr ayına qədər sınaq məqsədilə emal həyata keçiriləcəyi bildirilir:
“SOCAR-ın 6,3 mlrd. dollarlıq investisiyası ilə qurulan STAR NEZ Türkiyədə özəl sektor tərəfindən həyata keçirilən ən böyük investisiya olmaqdadır və avqust ayı etibarilə zavodda ilk test emalı həyata keçirilməyə başlanıb.
STAR NEZ-in fəaliyyətə başlamadan əvvəl vacib mərhələlərindən biri sayılan sınaq fəaliyyəti məqsədilə 80 min tonluq ilk xam neft “Absheron” tankeri ilə gətirilib. Bu ilk xam neft SOCAR-ın vətəni Azərbaycandan gələn “AzeriLight” markalı neftdir”, - deyə, SOCAR Turkey Enerji A. Ş.-dən bildirilib.
Tədbirdə çıxış edən SOCAR Turkey Enerji”nin direktoru Zaur Qəhrəmanov zavodun bu ilin dördüncü rübündə fəaliyyətə başlayacağını, hazırda isə sınaq fəaliyyətinin uğurla davam etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən “STAR Rafineri” şirkətinin baş direktoru Mesut İlterisə bəyan edib ki, hədəf STAR NEZ-i planlaşdırıldığı kimi, bu ilin üçüncü rübündə etibarlı bir şəkildə tamamlayaraq fəaliyyətə başlamağını təmin etmək, eyni zamanda, Azərbaycan və Türkiyə iqtisadiyyatlarına dəyər qatmaqdır.
Türkiyəninin ilk Strateji Yatırım Təşviq Sənədinə sahib olan STAR NEZ Türkiyədə cari kəsirin azalmasına hər il 1,5 mlrd. dollarlıq töhfə verəcək:
“4,8 mln. ton dizel yanacağı ve 1,6 mln. ton nafta ilə bərabər, ölkəmizdəki cari kəsirin önəmli hissələrindən olan jet yanacağı və LPG kimi neft məhsullarının istehsalını da reallaşdıracaq olan STAR NEZ ilə Türkiyənin global enerji bazarında rəqabət gücü də artacaq”, - deyə, İlter bildirib.
STAR neft emalı zavoduna ilk Azərbaycan nefti gətirildi

Oxşar xəbərlər