Azərbaycanda uzun müddətdir vəzifədə olan daha bir məmur işini itirib. 2018-ci il iyulun 3-də Mingəçevirdə yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası”nın yarımstansiyalarından birində baş verən qəzadan 2 ay sonra “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev işdən çıxarılıb. Rəsmi məlumatda bildirilir ki, qəza ilə bağlı araşdırma aparan Dövlət Komissiyasının yekun rəyi ilə tanış olan prezident işdə yol verdiyi nöqsanlara görə Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib.
Musavat.com-a istinadən xəbər verilir ki, 2018-ci ilin ötən 8 ayı ölkədə məmurların, əsasən iri ranqlı vəzifə sahiblərinin işdən uzaqlaşdırılmaları ilə yadda qalıb.
Bu ilin aprelində keçirilən prezident seçkilərindən sonra hökumətin yeni tərkibi formalışdırılıb. Baş nazir Artur Rasizadəni postunda Novruz Məmmədov əvəz edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da tutduğu vəzifə ilə vidalaşmalı olub. Hökumətin yeni tərkibində Əli Həsənov əvvəlki vəzifələrindən yalnız birinə - baş nazirin müavini postuna təyinat alıb. “Qaçqınkom”un yeni sədri Milli Məclisin üzvü Rövşən Rzayevdir.
Yeni tərkibə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da düşə bilməyib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, yeni nazir Sahil Babayev təyin edilib. Qeyd edək ki, S.Müslümov bundan əvvəl uzun illər Dövlət Sosial Müdafiə Fondunun sədri olub.
Seçkidən sonra hökumət kabinetində yer almayan nazirlərdən biri də Heydər Əsədov oldu. O, 2013-cü il prezident seçkilərindən sonra təyin olunduğu kənd təsərrüfatı naziri postundan 2018-ci il prezident seçkilərindən sonra alındı. Prezident İlham Əliyevin sərəncamı ilə İnam Kərimov yeni kabinetdə kənd təsərrüfatı naziri təyin edilib. İnam Kərimov bu təyinata qədər “ASAN xidmət”in rəhbəri vəzifəsində çalışıb.
17 il - 2001-ci ildən ekologiya və təbii sərvətlər naziri postunu tutan Hüseynqulu Bağırov da bu ilin aprelində vəzifəsi ilə vidalaşmalı oldu. Prezidentin sərəncama əsasən, Milli Məclisin deputatı Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub.
Azərbaycanın bir parçası olan Naxçıvan Muxtar Respublikasında da ötən müddətdə 2 nazir dəyişikliyi baş tutub. Naxçıvan kənd təsərrüfatı naziri Elşad Əliyev vəzifəsindən azad olunub. Elşad Əliyev Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini təyin edilib. Elşad Əliyevi Bəhruz Bayramov əvəzləyib. O, bundan əvvəl Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb. Ali Məclisin sədri Vasif Talıbov Məmməd Qəribovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında da fərman imzalayıb.
2018-ci ildə Azərbaycanda işsiz qalanlardan biri də Dövlət Gömrük Komitəsinin sədri olub. Prezidentin sərəncamına əsasən, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. Ona qədər bu postu tutan Aydın Əliyevə isə vəzifə verilməyib.
Hökumətin əvvəlki tərkibində baş nazirin müavinləri postunda Abid Şərifov, İsmət Abbasov və Elçin Əfəndiyev də vardı. Yeni tərkibdə isə baş nazirin müavini postuna gətirilənlərdən biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov oldu. Hazırda Hacıbala Abutalıbovun əvvəlki postu vakantdır. Boş qalan vəzifələrindən biri də müdafiə sənayesi naziri postudur. Bu ilin iyununda müdafiə sənayesi naziri Yavər Camalov ağır xəstəlikdən sonra dünyasını dəyişib. Bundan sonra həmin posta təyinat olmayıb.
2018-ci ili icra başçıları üçün də çətin sınaq ili adlandırmaq olar. Mayın 18-də Natiq Aslanovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalanıb. Dövlət başçısının digər sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bu ilin martında tutduğu vəzifədən azad edildi. Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov da vəzifəsindən azad edilib. Bu il iyulun 1-də prezidentin imzaladığı sərəncamla Ramiz Yediyarov işdən azad edilib. Ramiz Yediyarovdan 5 gün sonra Raqub Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Raqub Məmmədovla eyni gündə - iyunun 6-da Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Məmməd Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bu il avqustun 28-də daha bir icra başçısı - Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncəyə uzun illər rəhbərlik edən Elmar Vəliyevlə bağlı qərar verildi. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncənin icra başçısı Elmar Vəliyev vəzifəsindən azad olundu, ölkə başçısının digər sərəncamı ilə onun yerinə Niyazi Bayramov təyin edildi. Niyazi Bayramov bundan əvvəl Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tuturdu. Elmar Vəliyevin vəzifədən alınması qərarının ona qarşı törədilmiş sui-qəsddən sonra uzunmüddətli müalicəyə və bərpaya ehtiyac duyması ilə bağlı olması xəbərləri var.
Bu il onlar vəzifələrini itirdi - Adlar

Oxşar xəbərlər