Roma Papası Fransisk Qəzzada soyqırım cinayətini araşdırmağa çağırıb

Roma Papası Fransisk Qəzzada mümkün soyqırımla bağlı beynəlxalq araşdırma aparılmasını təklif edib. O, İsraili ən açıq və sərt tənqidlərdən birində beynəlxalq ictimaiyyətdən Qəzza xalqına qarşı soyqırım olub-olmadığını araşdırmağı xahiş edib.

Bazar günü dərc olunan məqalənin bir hissəsində dünya katolik lideri deyib: “Bəzi beynəlxalq ekspertlər Qəzzada baş verənlərin soyqırım olduğunu deyirlər. Biz bunun hüquqşünaslar və beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış texniki tərifə (soyqırım) uyğun olub-olmadığını qiymətləndirmək üçün diqqətlə baxmalıyıq" deyən papa İtaliyanın "La Stampa" qəzetinin dərc etdiyi yazıda qeyd edib.

Təxminən bir il əvvəl Cənubi Afrikanın rəhbərlik etdiyi Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə İsraili Qəzzada soyqırım törətməkdə rəsmən ittiham edən iddia qaldırılmışdı. Məhkəmə ilk mərhələdə İsrailə soyqırım və kütləvi qətl kimi səciyyələndirilə biləcək hərbi əməliyyatları dayandırmağı əmr etsə də, İsrail bu məcburi olmayan əmrə əməl etməyib. Məhkəmə hələ işin mahiyyəti olan Qəzzada soyqırımın olub-olmaması ilə bağlı qərar verməyib.

1,4 milyard üzvü olan Katolik Kilsəsinin lideri olan Papa Fransisk, ümumiyyətlə, açıqlamalarında ehtiyatlı davranır, beynəlxalq münaqişələrdə tərəf tutmamağa diqqət yetirir və gərginliyin azaldılmasını vurğulayır. Lakin son vaxtlar o, Qəzza xalqına qarşı müharibədə İsrailin mövqeyini tənqid edib.