Putin və Ayətullah Xameneidən Suriyada baş verənlərə münasibət

ABŞ, İngiltərə və Fransa hərbi qüvvələrinin Suriyanı bombalamasından sonra ilk dəfə Rusiya Prezidenti Vladimir Putin və İranın Ali dini lideri Ayətullah Əli Xamenei hadisəyə münasibətlərini bildiriblər.

Rakurs TV xəbər verir ki, Vladimir Putin BMT Təhlükəsizlik Şurasını baş verənlərlə bağlı "təcili" toplantıya çağırdığını bildirib. 

İranın Ali dini lideri Ayətullah Xameneinin isə Suriyanın bombalanmasına münasibəti belə olub: "Rusiyada baş verənlər bir cinayətdir. ABŞ prezidenti, Fransa prezidenti və İngiltərənin Baş naziri bir cinayətkardır. Açıq deyirəm, ABŞ prezidenti, Fransa prezidenti və İngiltərənin Baş naziri bir cinayətə imza atdı". O, bu sözləri ölkə rəsmiləri və müsəlman ölkələrinin səfirləri ilə görüşdə deyib. Bu barədə “Tasnim” agentliyinin xəbərində deyilir. 

Qeyd edək ki, bu gün gecə saatlarında Aralıq dənizində yerləşən ABŞ, İngiltərə və Fransa hərbi gəmilərindən Suriyanın Şam və Homs şəhərinə 100-ə yaxın raket endirilib. Raketlərin 10 %-i məhv edilib. Rəsmi Pentaqon Suriyanın kimyəvi silah istehsal edən təsisatlarının hədəfə alındığını bildirib və hücumun 1 dəfə üçün nəzərdə tututulduğunu açıqlayıb.

Rəsmi Dəməşq isə iddiaların əksinə olaraq heç bir kimyəvi silah istehsal etmədiyini bildirir.