İki gün ərzində Suriya üçün 7 milyard dollar yardım toplandı

Brüsseldə Suriya üçün 3-cü beynəlxalq yardım konfransı təkil edilib.

TASS agentliyinə istinadən xəbər verilir ki, konfransda iki gün ərzində 85-dən çox ölkə və şirkət təmsilçiləri Suriyaya ümumilikdə 7 milyard dollarlıq yardım ediblər.

İştirakçılar Suriyadakı terrorçuların məhv edilməsi üçün ortaq bəyanat da yayıblar.

Qeyd edək ki, konfrans BMT və Avropa İttifaqının çağırışı ilə təşkil edilib.