Türkiyə hökuməti Suriyadakı itkilərini açıqlayıb

Suriyanın şimal-şərqindəki "Barış pınarı” əməliyyatı zamanı 7 hərbi qulluqçu həlak olub, 90 nəfər yaralanıb.
 
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Nadide Şebnem Aktop məlumat verib.
 
O, atəşkəs elan olunandan etibarən terror qruplaşmaları tərəfindən 42 dəfə razılaşmanın pozulması halının qeydə alındığını, PKK/YPG dəstələrinin təhlükəsizlik bölgəsindən çəkilməsinin davam etdiyini diqqətə çatdırıb.
 
"TRT World” xəbər verib ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Barış pınarı” əməliyyatı zamanı azı 20 nəfər mülki şəxsin, 7 türk hərbçisinin, 79 nəfər Suriya Milli Ordusu döyüşçüsünün həlak olduğunu, 775 terrorçunun öldürüldüyünü və ya təslim olduğunu, 2200 kvadrat kilometrədək ərazinin terrordan təmizləndiyini açıqlamışdı.