Suriyada İŞİD-in növbəti dəhşətli cinayəti üzə çıxıb

Suriyada İŞİD terroçularından azad edilmiş Əl-Bəquz kəndində 50-yə yaxın başı kəsilmiş qadın cəsədi aşkar edilib. 

Faktxəbər-in məlumatına görə, bu barədə izədilərin "Əl-Xəşəd əl-Şəəbi" qruplaşmasının komandiri Murad Şeru Soleyman mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, vəhşicəsinə öldürülən qadın cəsədləri 2014-ci ilin avqust ayında İŞİD terroçuları tərəfindən oğurlanmış 3 min izədi qadına məxsusdur. 

Qeyd edək ki, oğurlanan qadınların əksəriyyətinin taleyi hələ də məlum deyil.