Qətər Suriyada səfirliyini açmayacaq

Qətər Suriya ilə münasibətlərin normallaşması məsələsində ümidverici işarə olmadığını və bu səbəbdən Dəməşqdəki səfirliyi yenidən açmağı düşünmədiyini açıqlayıb.

“Anadolu” agentliyinə istinadən xəbər verilir ki, bu barədə Qətər xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani bildirib.

 

O qeyd edib ki, Qətər Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtmasına hələ də qarşıdır.

Qeyd edək ki, 2018-ci ilin dekabrından Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Suriyadakı səfirliklərini 7 ildən sonra yenidən açmışdı.