Suriya ordusu 40-dan çox terrorçunu məhv etdi

Suriya ordusunun döyüşçüləri Xama vilayətinin şimalında terrorçulara sarsıdıcı zərbələr endiriblər. Trend-in məlumatına görə, suriyalı hərbçilər zərbələr nəticəsində 40-dan çox terrorçunu məhv ediblər.

Məlumata görə, həmçinin terrorçuların çox sayda hərbi texnikası, zirehli avtomobilləri məhv edilib.

Hökumər ordusunun eləcə də Abdin, Kusabeyn, Kfar-Sicna və Şeyx Mustafa rayonlarında "Cebahat an-Nusra" bazalarına rekat zərbələri endirdiyi bildirilir.