Suriyada 150 İŞİD-çi təslim oldu

Suriyanın Deyr-əz-Zor vilayətinin Əl-Bəğuz rayonunda 150 İŞİD terrorçusu təslim olub. 

"RT" agentliyinə istinadən verilən məlumata görə, bu barədə "Suriyanın Demokratik Qüvvələri" qruplaşması bildirib.

Məlumatda bildirilir ki, bundan əlavə, 500-ə yaxın dinc sakin terrorçuların əlindən xilas edilib. 

Qeyd edək ki, İŞİD terrorçularının bir qismi hələ də Əl-Bəğuzda qalmaqdadır.