İŞİD terrorçuları apreldə 35 Suriya əsgərini öldürüb

İŞİD terrorçuları Suriya ərazisində ordu qüvvələrinə qarşı hücumları intensivləşdirib. FaktXəbər "əl-Məsdər"ə istinadən bildirir ki, aprel ayı ərzində terrorçular 35 Suriya ordusunun əsgərini qətlə yetirib, 10 hərbçi isə əsir düşüb.
 
Suriya ordusunun hərbçiləri Palmiradan-Deyr-əz-Zor yolu üzərində terrorçuların hücumuna məruz qalıb.

İŞİD-in hücumlarından sonra Suriya ordusu beynəlxalq avtomobil yolunun qorunması üçün əl-Məyadinə əlavə qüvvələr yerləşdirib. Suriya hökuməti Dəməşq və Bağdadı birləşdirən magistral yolu yenidən açmağa hazırlaşır.